Oct 18 2018 18:23
Views: 332

Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. İclasda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", üçüncü oxunuşda "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihələri müzakirə olunub. Dəyişikliklərə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir. 
Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğunlaşdırılma məqsədi daşıyır. Komitə üzvləri təqdim olunan dəyişiklikləri dəstəkləyib və qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.


Create Account



Log In Your Account