Jan 19 2019 17:51
Views: 444

20 yanvar faciəsinin ildönümü ilə bağlı qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsində qanvermə aksiyası keçirilib. Toplanan qan laborator yoxlamalardan sonra Azərbaycan silahlı qüvvələrinin hospitallarına təhvil veriləcək. Xeyirxah aksiyada ilk iştirak edənlərsə elə komitənin əməkdaşları olub.

Qanın verilməsi proseduru cəmi 15 dəqiqə çəkir. Bundan əvvəl isə qan vermək istəyən şəxs müvafiq müayinədən keçməlidir.

Bu xeyirxah aksiyada iştirak etməklə donorlar həm 20 yanvar hadisələri zamanı həlak olanların xatirəsinə ehtiramını ifadə edir, həm də Azərbaycanın müdafiəsində duran əsgər və zabitlərin ehtiyac yarandığı təqdirdə qanla təmin edir.

Xeyirxah aksiyaya qoşulanlar bildiriblər ki, bu, çox müsbət təşəbbüsdür və  ona hər kəs öz töhfəsini verə bilər. Vətəndaşların fəallığı nəzərə alınaraq gələcəkdə də bu cür tədbirlərin təşkili nəzərdə tutulur.


Create Account



Log In Your Account