Jan 23 2020 21:06
Views: 173

Artıq Azərbaycanda qaçqın statusu almış şəxslər xarici ölkələrə rahat səhayət edə biləcəklər. Bu, Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi “Yol sənədi” sayəsində baş tutacaq. Qaçqınlara təqdim olunan bu sənəd, onlara və ailə üzvlərinə ölkə hüdudularından kənarda hərəkət etmək hüququ verir. Beynəlxalq tələb və standartlara uyğun hazırlanan sənəd 5 il müddətinə verilir. Hazırda Azərbyacanda qaçqın statusu əsasında 83 əcnəbi vətəndaş yaşayır. Eyni zamanda, Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi, yəni mandat əsasında yaşayan şəxslərin sayı isə 2101-dir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin www.migrationto.az saytının da təqdimatı olub. Sayt 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Yaxın gələcəkdə veb-saytın dil inmkanları genişləndirilərək fransız və ərəb dilləri də əlavə olunacaq.


Create Account



Log In Your Account