Jun 19 2019 19:11
Views: 325

Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün son bir il ərzində onların məskunlaşdıqları qəsəbələrdə üç dəfə əmək yarmarkası keçirilib. Bu barədə 20 iyun Dünya Qaçqınlar Günü münasibətilə Qaradağ rayonu ərazisindəki “Qobu Park” yaşayış kompleksində keçirilən festivalda bildirilib. Tədbir qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaq məqsədilə təşkil olunub.  Qeyd edilib ki, məcburi köçkünlərin məşğulluğunun təmin olunması istiqamətinqə görülən işlərin nəticəsində onların arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azalıb.

Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb. Yarışlarda yaxşı nəticə göstərən gənclərin müxtəlif düşərgələrdə iştirakına imkan yaradılacaq.

Festival 10 gün müddətində Bakı və Gəncə şəhərlərində, Abşeron və Biləsuvar rayonlarında məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə davam etdiriləcək.


Create Account



Log In Your Account