Jun 21 2019 20:02
Views: 321

Qara  Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Bakıda keçirilən 53-cü  sessiyasının bu gün keçirilən son iclasında QDİƏT üzv ölkələrində insanların sosial müdafiəsinin təşkili, təqaüd sistemi haqqında məlumat verildi. İclas iştirakçıları təmsil etdikləri ölkələrdə bu sahədəki vəziyyəti şərh ediblər. Həmçinin, ölkələrdə ombudsmanın fəaliyyətinin insan hüquqlarının qorunmasına təsiri mövzusunda müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin sədri, qurumun vitse-spikeri Eldar Quliyev sessiyada erməni deputatların iştriak etmədiyini diqqətə çatdıraraq onların qeyri-konstruktiv mövqedə olduqlarını bildirib. O, erməni separatçılarınn işğal altında olan Azərbaycan ərazilərinə əzizlərinin məzarlarını ziyarətə gedən Azərbaycan vətəndaşlarından birini öldürüb, ikisini isə girov götürdüyünü xatırladıb. 
Baş katib Asəf Hacıyev QDİƏT Parlament  Assambleyasının regionu narahat edən məsələlərin müzakirəsi üçün faydalı platforma hesab edir. 
Qara  Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Bakıda keçirilən 53-cü  sessiyasında 12 üzv ölkənin 10-u iştirak edib. Yunanıstanda parlament seçkiləri keçirildiyinə görə bu ölkənin nümayəndə heyəti iclasa qatıla bilməyib. Bakıda keçirilən iclasda Asəf Hacıyev növbəti dəfə qurumun baş katibi seçilib.


Create Account



Log In Your Account