Aug 02 2019 19:37
Views: 280

Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanda buraxdıöı istiqrazlara tələbat olub. Bunu Bankın prezidenti Dmitri Pankin Azərbaycanda buraxdıqları ilk istiqraz emissiyası ilə bağlı keçirilən tədbirdə deyib. Bildirib ki, istiqrazların ilkin məbləği 10 milyon manatdır. Onun sözlərinə görə, bir çox beynəlxalq maliyyə qurumları manat istiqrazlarının buraxılmasında maraqlıdırlar.

Avqustun 1-dən etibarən istiqrazlar Bakı Fond Birjasında kütləvi şəkildə yerləşdirilib. Birjanın ticarət platformasında istiqrazların yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə olunub. Belə ki, 10 milyon manatlıq istiqrazlar üzrə 81 milyon manat sifariş toplanıb.

Tədbirdə iştirak edən bank mütəxəssisləri Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanın qiymətli kağızlar bazarında buraxdıqları istiqrazları yüksək qiymətləndiriblər. Bildiriblər ki, burada əsas məqsəd kiçik və orta biznesin inkişafına dəstək verməkdir. Qeyd edilib ki, istiqrazlar yerli valyutada emissiya edilib. İstiqrazlar manatda olduğuna görə hər hansı valyuta riski ilə üzləşmir. İstiqrazların illik faiz dərəcəsi 9,25 faizdir və faizlər 3 təqvim ayından bir ödənilir. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə ödəmə tarixi 2021-ci il, iyulun 31-dir.


Create Account



Log In Your Account