May 17 2018 20:24
Views: 571

2018-ci il Azərbaycan üçün yaddaqalan hadisələrlə zəngindir. Bunların sırasında dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi də var. Milli klassik musiqinin korifeyi sayılan Qara Qarayevin yubileyi bütün dünyada, o cümlədən bəstəkarın vətənində də qeyd olunur. Qara Qarayev adına incəsənət məktəbinin tələbələri sənətkarın xatirəsini hesabat konserti ilə anıblar. 
Dirijorun çubuğu işə düşən kimi Qara Qarayevin “Yeddi gözəl” baletindən möcüzəli musiqisi ətrafa yayılır. Dövlət simfonik orkestrinin pultunun arxasında Azərbaycanın xalq artisti Rauf Abdullayevdir. Onun rəhbərliyi ilə orkestrin üzvləri bu il ərzində dünyanın müxtəlif ölkələrində Qara Qarayevin əsərlərini ifa edəcəklər. Azərbaycanlı bəstəkarın yaradıcılığı  musiqi mədəniyyətinin demək olar bütün növlərini əhatə edir. Onun əsərlərində milli lirikanın notlarına yer verilib.  Qara Qarayev əsərlərini bəstələyərkən Bakının gözəlliyindən ilham aldığını gizlətməyib. 
Qara Qarayev yaradıcılığı dövründə yüzlərlə musiqi əsəri yazıb. Onun bəstələdiyi operalar, baletlər, musiqili komediyalar, kamera, simfonik, vokal əsərləri, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxildir. Qara Qarayev hələ sağlığında ən fəxri dlara, titullara layiq görülüb. Mayestronun 100 illik yubileyi YUNESKO-nun yubiley tarixlləri siyahısına da daxil edilib. 
Qara Qarayevin zəngin irsi üzərində yeni musiqiçi nəsilləri yetişib. Onun repertuarı həmişə aktualdır və istənilən dövrə uyğun gəlir. Onun simfoniyalarında skripka, arfa, kontrabasla yanaşı milli musiqi alətlərimiz – tar, udun da səsini eşitmək olar. 
Qara Qarayevin 100 illik yubileyi bu il boyunca qeyd olunacaq. Yubiley çərçivəsində təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə xatirə gecələri və konsertlər keçiriləcək. Qəbələdə keçiriləcək ənənəvi musiqi festivalında da onun yaradıcılığına müraciət olunacaq.


Create Account



Log In Your Account