May 14 2018 16:27
Views: 647

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Qarabağ atları “Royal Windsor Horse Show” adlı tədbirdə nümayiş etdirilib.
Britaniya Kraliçası 2-ci Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyicilərinin marağına səbəb olub. “Natiq” ritm qrupunun müşaiyəti altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin 20 süvarisi Qarabağ atlarının üzərində müxtəlif şoular nümayiş etdirib.
Azərbaycan milli rəqsləri də alqışlarla qarşılanıb.
 “Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk dəfə Qarabağ atı – “Zaman” ilə tanış olub. Həmin il məhz 2-ci Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.


Create Account



Log In Your Account