May 11 2019 16:51
Views: 388

Böyük Britaniya və Şimali İrlan¬diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral At¬çılıq Şousu” start götürüb. 2014-cü ildən etibarən Azərbaycanın dəvət aldığı bu beynəl¬xalq at¬çılıq şousu mədəniyyətin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilib. Bu il “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Döv¬lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib¬. 2019-cu ildə Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyəti  xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qara¬bağ atları” adlı şou-kompozisiya hazırlayıb. 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması ma¬raqla qarşılanıb.


Create Account



Log In Your Account