Oct 17 2017 18:39
Views: 1675

“Avropada 7-8 komanda var ki, onlara qarşı oynamaq maraqlıdır. Bu komandalardan biri də "Atletiko"dur. Məndə gərginlik yoxdu. Əksinə, bu cür komandalarla oynamaqdan zövq alıram”. “Atletiko” ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında “Qarabağ”ın Baş məşqçisi Qurban Qurbanov belə dedi. Bildirdi ki, rəqib güclü olsa da, Ağdam təmsilçisi yaxşı mübaizə aparmağa, meydanda öz oyununu göstərməyə çalışacaq.
Qurban Qurbanov bildirdi ki, əsas hədəf xal qazanmaqdır. “Qarabağ” yaxşı nəticəyə inanır.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - “Atletiko” qarşılaşması oktyabrın 18-i saat 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Create Account



Log In Your Account