Oct 31 2017 15:11
Views: 1623

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək. Qitənin ən nüfuzlu klub turnirində yeganə təmsilçimiz olan “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olacaq. Ağdam klubu Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacarıb. Bu günkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər. “Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Ağdam təmsilçisi səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək. Amma “Qarabağ” meydanda sonadək mübarizə aparmaq əzmindədir. Klubun baş məşqçisi Qurban Qurban qarşılaşma öncəi mətbuat konfransında bildirib ki, komanda sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacaq.


Create Account



Log In Your Account