Nov 07 2019 15:29
Views: 190

Bu gün Qarabağ klubu avropa liqasının qrup mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.  “A” qrupunda qərarlaşan Ağdam klubu səfərdə Kipr APOEL-inə qarşı meydana çıxacaq. Nikosiyanın GSP arenasında baş tutacaq matça yerli azarkeşlər arasında marağın olmaması, APOEL üçün 12-ci oyunçunun olmaması deməkdir. Bu komandalar arasında Bakıda keçirilən oyunda 30 min bayrağın oturacaqlara düzməsinə cavab olraq 22 min azarkeş tutumu olan arenaya 6min 500 yunanıstan bayrağının hazırlanmasını planlaşdırır. Heyətlərə gəlincə, Ağdam təmsilçisnin heyətinə yeganə itki Filip Ozozbiç yoxluğudur. Kipr təmsilçisinin heyətində isə Roman Bezyak və Tomas de Visenti komandasına yardımçı ola bilməyəcək. Antonio Yakoliş isə heyətlə birgə məşqlərə qoşulub. Adrian Skarlatakenin qarabağa qarşı meydana çıxacağı gözlənilir.

Matç öncəsi baş tutan mətbuat konfransında hər iki klubun baş məşqçisi qarşılaşmaya bağlı fikrilərinio bölüşüb. Komandamızın çalışdırıcısı görüşü əsasən müdafiə və əks-hücumlar üzərində quracağını bildirib. "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq” – sitat Qurban Qurbanovdandır. Kipr klubunun baş məqşçisi Tomas dol isə nəyin bahasına olursa olsun qələbə qazanmağa çalışıcaqlarını deyib: “Bu mövsüm "Qarabağ"la dördüncü dəfə qarşılaşacağıq. Onlara qarşı üç fərqli nəticə əldə etmişik. Rəqibə qarşı ilk matçım kimi, bu da final oyunu olacaq. Nəyin bahasına olursa olsun istəyimiz qələbə qazanmaqdır.

Buna qədər Qarabağ Apoellə 3 dəfə üz –üzə gəlib. Bunlarda birində Apoel qələbə qazanıb, birində isə Qarabağ. Avropa liqasının qrup mərhələsində keçirilən 3 cü matçda isə 2-2lik heç heçə qeydə alınıb. Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Qarşılaşmada ədaləti Avstriyalı hakimlər briqadası qorumağa çalışacaq.


Create Account



Log In Your Account