Aug 07 2018 16:55
Views: 805

Çempionlar Liqasında mübarizəni davam etdirən təmsilçimiz – Ağdamın “Qarabağ” klubu tarixində ilk dəfə BATE ilə üz-üzə gələcək. Belarusun ən titullu komandası Bakıya itkisiz gəlib. Ağdam klubunun heyətində də ciddi itki yoxdur. Artıq hər iki komanda matç öncəsi son məşqini keçirib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təcrübəli komandaya qarşı oynayacaqlarını və matça xüsusi hazırlaşdıqlarını bildirib.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında keçirdiyi dörd oyunda qapısından qol buraxmayaraq yeni rekorda imza atıb. Baş məşqçi Qurban Qurbanov hər oyuna qələbə əzmi ilə hazırlaşdıqlarını xususi vurğulayıb.

Qitənin bir nömrəli futbol turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan və Belarus çempionlarının dueli bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Matçda ədaləti isveçli hakimlər briqadası qorumağa çalışacaq.

 


Create Account



Log In Your Account