Aug 29 2019 19:19
Views: 210

Bu gün “Qarabağ” klubu Şimali İrlandiya təmsilçisi “Linfild”ə qarşı meydana çıxacaq. Bu komandalar arasında keçirilən ilk matç “Qarabağ”ın 2-3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Odur ki, Ağdam təmsilçisini istənilən hesablı qələbə növbəti mərhələyə daşıyacaq. Yalnız 90 dəqiqənin tamamında 3-2 hesabı qeydə alınarsa, matçda əlavə vaxt oynanılacaq. 
Lakin ilk qarşılaşmaya nisbətdə Qarabağın heyətində mühüm dəyişikliklər ola bilər. Belə ki, Almeyda, Ailton və Rahil Məmmədov heyətdə yer ala biləcəklər. daha bir maraqlı statistika: əgər “Qarabağ” bu gün qələbə qazana bilsə bu, klubun avrokuboklarda sayca 40-cı qələbəsi olacaq. 
Avroliqa təmsilçimiz matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda oyun qabağı son məşqini keçirib. Bundan sonra baş məşqçi Qurban  Qurbanov media nümayəndələrinin suallarını cavablandırıb.
«Linfild” klubununn baş məçqçisi Devid Xili isə Qarabağla cavab qarşılaşması haqda fikrilərini bölüşərkən, Ağdam klubunun cütün şəksiz favoriti olduğunu deyib. “Linfild” klubu üçün bu qarşılaşma son 50 ildə oynanılacaq ən mühüm matçdır. Üstəlik, “Linfild” mərhələ adlaya bilsə, İrlandiya liqa klubları arasında Avroliqanın qrup mərhələsinə adlamış ilk klub ola bilər. 
Qeyd edək ki, bu iki klub arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi isə Sergey İvanov olacaq.


Create Account



Log In Your Account