Oct 31 2019 19:51
Views: 87

Prezident yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdiyi Qarabağ Araşdırmalar Mərkəzində İcmanın  könüllüləri üçün növbəti qısamüddətlı kurslar keçirilir.  
“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”; “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”; “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı” və digər mövzularda proqram üzrə elmi mühazirələri Azərbaycanda alimlər və ekspertlər oxuyacaq. Kursların keçirilməsində məqsəd gənclərin maariflədirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqdır. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək.


Create Account



Log In Your Account