Aug 07 2020 18:00
Views: 443

Azərbaycan muğamının incilərindən sayılan «Qarabağ şikəstəsi» skripkada səsləndirilib. Bu maraqlı musiqi parçasını Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı skripka ustası Azər Dəmirov və ömrünü muğamın tədqiqinə həsr etmiş amerikalı Cefri Verbok birgə hazırlayıblar. Natavan Verbokun çəkdiyi video Azər Dəmirovun rəsmi Youtube kanalına yerləşdirilib.

Azər Dəmirov bildirib ki, artıq 6 ildir belə bir ifanı yazmağı planlaşdırsa da, indiyədək bu istəyini gerçəkləşdirə bilməyib. Yalnız Cefri Verbokla tanış olduqdan sonra “Qarabağ şikəstəsi”ni skripkada ifa etmək mümkün olub.

Bu video sosial şəbəkələrdə böyük əks-səda doğurub. Dinləyicilər maraqlı ifa üçün musiqiçilərə təşəkkürlərini bildiriblər. Muğamdan narazı qalanlar isə yenə də ermənilər olub. Sosial şəbəkələrdəki bəzi ermənilər bu muğamın da ermənilərə məxsus olması haqda absurd fikirlər yazıblar ki, bu şərhlər ciddi tənqid atəşinə tutulub. 

 


Create Account



Log In Your Account