Jun 14 2019 19:27
Views: 271

15 İyun-Milli Qurtuluş günü ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 50 "Xəzər" markalı minik avtomobili təqdim edilib. Nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayevin sözlərinə görə, 1993-cü ilin 15 iyununda milli lider Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyi bütün təhlükələrdən xilas olaraq güclənib. Həssas qrupların mənzillə, minik avtomobilləri ilə təminatı proqramlarına başlanılıb. Dövlət Soial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov bildirib ki, 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə daha çox avtomobili təqdim olunması nəzərdə tutulub.

İndiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib. Bu kateqoriyadan olan 6600-dən çox vətəndaş isə  mənzil və fərdi evlərlə təmin olunub.


Create Account



Log In Your Account