Dec 24 2018 18:51
Views: 395

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qaradağ rayonunda Lökbatan qəsəbəsində yeni yaşayış binalarından alınmış 200 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib. Nazir Sahil Babayev bildirib ki, bu ilin avqustunda prezident İlham Əliyev eyni ərazidə yerləşən yeni yaşayış binalarından 35 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edən zaman əlavə mənzillərin alınması məqsədilə 20 milyon manatın ayrılması ilə bağlı tapşırıq verib. Bu il əlillərə və şəhid ailələrinə paylanacaq mənzillərin sayınının 500-dən artıq olması nəzərdə tutulub.
1,2,3 itaqlı mənzillər püşkatma yolu ilə paylanıldı.  Qarabağ əlilləri və şəhid ailələri bunu dövlətin diqqət və qayğısının göstəricisi kimi qiymətləndirib.  İlkin olaraq 60 ailəyə mənzillər növbəlilik əsasında verilib. Yaxın 2 gün ərzində bütün mənzillərin sahiblərinə təqdim olunması planlaşdırılır.
21 ildir ev növbəsində olan Qəribovlar ailəsinə 2 otaqlı mənzil verilib. Onlar üçün bu gün həyatlarının ən xoş günüdür. Sevinclərinin həddi-hüdudu yoxdur.
Aparılan ardıcıl dovlət siyasəti nəticəsində əlillərə və şəhid ailələrinin cəmiyyətin xüsusi imtiyazlı təbəqəsi olaraq özünəməğulluq propramına cəlb olunmasına da şərait yaradılıb. Belə ki, bu il proqrama qoşulan  7700  nəfərdən mindən çoxu məcburi köçkün, minə yaxın şəhid ailələri və Qarabağ əlillərinin ailələridir.  Gələn il bu kateqoriyaya daxil olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması prosesi davam etdiriləcək.   2019-cu ilsə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 800 mənzilin təqdim olunması nəzərdə tutulub.


Create Account



Log In Your Account