Feb 13 2020 19:44
Views: 216

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verib. Mərkəzdə açılan sərgidə Azərbaycanın Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl və sonrakı vəziyyətinə dair fotoşəkillər nümayiş etdirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər sərgilənib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Böyük bir tarixin, mədəniyyətin saxtalaşdırılmasının, dağıdılmasının yolverilməz olduğunu vurğulayıb. Tədbirdə Azərbaycanın Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, adət və ənənələrinə dair məlumat verilib. “Virtual Qarabağ” Mərkəzinin saytı təqdim edilib. Dünyanın müxtəlif muzeylərində Qarabağa dair tarixi eksponatlar, xalçalar, geyimlərlə tanışlıq məqsədi ilə virtual tur keçirilib.


Create Account



Log In Your Account