Oct 19 2017 14:07
Views: 1820

"Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsinin 3-cü qarşılaşmasında "Atletiko Madrid"i qəbul etdi. Tarixində ilk dəfə İspaniya klubu ilə üz-üzə gələn Ağdam təmsiçisi həm klubun, həm də Azərbaycan futbolunun tarixində bir ilkə imza atdı. Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazandı.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyib.
Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bildi - 0:0. Qolsuz bərabərlik turnirin əsas raundunda ağdamlıların hesabına ilk xalı yazdırdı. Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklardakı ən önəmli ilk xal qazandığı matçlar sırasına düşdü.
“Atletko” ilə qarşılaşmada aldığı xal “Qarabağ”ın avrokuboklarda qazandığı 10-cu xaldır. Baş məşqçi Qurban Qurbanov futbolçuların oyununu müsbət qiymətləndirdi.
Rəqib komandanın baş məşqçisi "Qarabağ"ın çox yaxşı mübarizə apardığını bildirdi.
Bakıdakı heç-heçə “Atletiko” üçün çətin vəziyyət yaradıb. İspaniya təmsilçisi Çempionlar Liqası ilə vidalaşmamaq üçün bundan sonrakı bütün oyunlarında qələbə qazanmalıdır. Qrupun digər qarşılaşmasında “Çelsi” və “Roma” komandaları qarşılaşıb. Londonda baş tutan oyun 3-3 hesablı məhsuldar heç-heçə ilə yekunlaşıb. 3 oyundan sonra “Çelsi” 7 xalla qrup liderliyini qoruyur. 5 xalı olan “Roma” 2-cidir. Hesabında 2 xalı olan “Atletiko” 3-cü, ondan bir xal geri qalan “Qarabağ” isə sonuncu pillədədir.


Create Account



Log In Your Account