Sep 19 2019 16:56
Views: 253

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019-2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək. Ağdam klubu I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.

Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.

Oyundan əvvəl mətbuat konfransında çıxış edən Qurba Qurbanov azarkeşlərə baxımlı oyun vəd edib. Sevilya klubunun baş məşqçisi isə “Qarabağ”da güclü futbolçular olduğunu deyib.


Create Account



Log In Your Account