Aug 31 2018 18:38
Views: 451

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Artıq qruplarda mübarizə aparacaq komandaların adına aydınlıq gəlib. Xoşbəxtlər arasında avrokuboklarda yeganə təmsilçimiz olan "Qarabağ" da var. Ağdam klubu bu uğura "Şerif"lə keçirilən cavab matçında imza atıb. Moldovadakı ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğundan Qurban Qurbanovun komandası cavab görüşündə rəqibini ən azı iki qolluq fərq ilə məğlub etməli idi. Matça gəlincə "Qarabağ" erkən qol istəyinə 9-cu dəqiqədə çatıb. Abdullah Zubirin sol cinahdan qapı qarşısına ötürdüyü topu Maksim Medvedyev dəqiq zərbə ilə tamamlayıb -1:0. 
Qoldan sonra hücumlarının kəsərini artıran "Qarabağ" ilk hissənin sonuna az qalmış hesab arasındakı fərqi 2-yə çatdırıb. 41-ci dəqiqədə Donald Gerye baş zərbəsi ilə moldovalıları məyus edib - 2:0. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra da azarkeşlər meydanda fərqli mənzərə görməyib. Qarabağın inamlı oyunu rəqib qapısına vurulmuş üçüncü qolla nəticələnib. Filip Ozobiç uzaqdan vurduğu baxımlı qolla matçın yekun hesabını müəyyən edib - 3:0
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komadamızın baş məşqçisi Qurban Qurbanov qələbəyə görə futbolçularına və azarkeşlərə xüsusi təşəkkürünü bildirib :
Rəqib komandanın baş məşqçisi Qoran Sabliç “Qarabağ”ın oyununu yüksək qiymətləndirib.
Beləliklə "Şerif"i mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində 4-cü dəfə Avropa Liqasının, ardıcıl 5-ci dəfə isə avrokubokların qrup mərhələsində mübarizə aparmaq şansı əldə edib. Təmsilçimizin qrupdakı rəqiblərinin adına bu gün aydınlıq gələcək. Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. "Qarabağ" püşkatmaya 3-cü səbətdən qoşulacaq ki, bu da Azərbaycan futbolu tarixində ilkdir.


Create Account



Log In Your Account