Oct 04 2019 19:39
Views: 197

"Biz həmişə çalışmışıq ki, öz mədəniyyətimizi göstərək. Futbolçular da bilir ki, hansı komandanı təmsil edirlər. Bu, sadəcə qorxaqlıqdır..” Bu fikirləri  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Düdelanj"a qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Bildirb ki, bütün komanda sonadək təmkn və peşəkarlıq nümayiş etdirib.
Qurban Qurbanov bildirb ki, gələcəkdə bu cür hadisələrin təkrrlanması istisna deyil .Lakin bu təxribatlar komandanın əzmkarlığını sındıra bilməz.
Ekspertlər də Komandanin təmkinli və kifayət qədər peşəkar davranış nümayiş etdirdiyini deyir.
Lüksemburqun idman naziri baş verən təxribata görə "Qarabağ" komandasının üzvlərindən üzr istəyib. Nazir qeyd edib ki, ölkəsi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. O, təxribatçının tapılaraq, cəzalanacağını da deyib.Nazirin üzrxahlığı stadionda da elan olunub.
Ekspertlər hesab edirlər ki, bu kimi təxribatlar siyasi məzmun daşıyır və əsas məqsəd komandanı təxribata çəkməkdir. 
"Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır". Bunu Azərbaycan XİN-in sözçüsü  Leyla Abdullayevə "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb.


Create Account



Log In Your Account