Aug 26 2019 18:55
Views: 216

26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günüdür. Bu münasibətlə Şamaxı rayonunun Avaxıl kəndində məskunlaşan məcburi köçkünlər üçün "Qarabağda bir gün" adlı konsert proqramı keçirilib. Kənd sakinləri tanınmış mədəniyyət və incəsənət işçilərinin ifasında Azərbaycan muğamındam zövq alıblar.

Qarabağ və Şirvan məktəbləri Azərbaycanın muğam tarixinə böyük təsir göstərir. Hər iki bölgənin muğam məktəbi məşhur ifaçıları ilə tanınır. Festival iştirakçıları inanırlar ki, yaxın gələcəkdə Azərbaycan muğamı erməni işğalından azad olunmuş torpaqlarımızda səsləndiriləcək.

Festival çərçivəsində milli mətbəximizə mənsub yeməklərin təqdimatı və ənənəvi Azərbaycan çay içmə mərasimi də keçirildi.


Create Account



Log In Your Account