Jan 18 2021 19:16
Views: 187

Zərif olduğu qədər də güclü... Şuşanın mərdlik, ərənlik, sevgi obrazı. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun zəfər rəmzinə çevrilən xarı bülbülün təbiətin abidəsi kimi tarixi qədimdir. Şuşalı ziyalı, yazıçı jurnalist Kərim Kərimli bu fikirdədir. Deyir ki, Şuşada yetişən indiyədək vətənə məhəbbətin, doğma torpağa sədaqətin nişanəsi sayılan xarı bülbülün qələbəmizin də rəmzinə çevrilməsi təsadüfi deyil. Heyrətamiz gözəlliyi olan Xarı Bülbüllə bağlı çoxlu rəvayətlər var. Bu rəvayətləri oxuduqca anlayırsan ki, Xarı bülbül tarixən Vətənə sevginin, həsrətin rəmzi olub. Xarı Bülbülü fərqləndirən xüsusiyyətlərdən biri gizlənməsidir. Bu möcüzəvi çiçəyi dərmək üçün onun qarşısında diz çökmək lazımdır. Bu gün şanlı Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşada, Şuşa qalasının önündə Xarı Bülbül simvolu qoyulub. Bu, bir daha o torpaqlar uğrunda qan tökən şəhidlərin xatirəsinə ehtiram, eyni zamanda bu torpaqları göz bəbəyi kimi qorumağımızın simvoludur.


Create Account



Log In Your Account