Oct 12 2019 16:42
Views: 238

Ermənistanla münaqişə bütün platformalarda, o cümlədən, hərbi, diplomatik və sosial media üzərindən aparılır. Digərlərindən fərqli olaraq İnformasiya müharibəsinin taleyini güclü ordu yox,  intellektual gənclərin bacarığı həll edə bilər.  Dağlıq Qarabağ münaqişəsi barədə yalan və saxta məlumatların yayılmasının qarşısını almaq üçün sosial şəbəkələr və internetdə bütün dünyada səs-küy yaradan layihələr icra etmək lazımdır. 
Alabama Universitetində təhsili zamanı orada Xocalı soyqırımı haqqında təqdimat keçirən və erməniləri susdurmağı bacaran Cavanşir Hüseynli hesab edir ki, informasiya savaşında qalib gəlmək üçün daha diqqətçəkən metodlara əl atmaq lazımdır. Həm də bizim bu müharibədə üstünlüyümüz – həqiqətin yanında olmağımızdır. 
Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması İctimai Birliyində sosial mediada təbliğatı gücləndirməklə bağlı gənclərlə görüş olub. Birliyin rəhbəri Tural Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağda Gövhər ağa məscidinin arxitekturasının dəyişdirilməsi, başqa ad altında təqdim olunması cəhdlərinə diqqəti yönəltmək lazımdır. Millət vəkili Flora Qasımova gəncləri erməni yalanlarına qarşı aktiv olmağa, Prezident İlham Əliyevin Soçidə səsləndirdiyi bəyanatı ətrafında birləşməyə çağırıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə fondun elan etdiyi qrant müsabiqələri haqqında məlumat verərək Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa çağırıb.


Create Account



Log In Your Account