Apr 17 2019 18:45
Views: 505

Səhnə işıqlarının altında tək aktyor, tünd pərdə, minimum rekvizitlər və heç bir əlavə dekorasiya... Bununla belə, tamaşaçılar tam olaraq XIX əsrin əvvəllərindəki Peterburq mühitini hiss edə bilir. Heydər Əliyev Mərkəzində Rusiyanın xalq artisti Yevgeni Knyazevun Puşkinin eyniadlı povesti əsasında hazırladığı “Qaratoxmaq qadın” monotamaşası təqdim olunub.

Tamaşaçılar qarşısında sirli qrafinya Liza və ağılsız German da dayanır. Amma səhnədə sadəcə bir aktyor var. Bakı tamaşaçılarına Yevgeni Knyazev kinodakı çoxsaylı rolları ilə yaxşı tanışdır. Aktyor ekranda İosif Stalin, Lev Trotski, Boris Pasternak və Volf Messinq kimi öz dövrünün ən məşhur şəxsiyyətlərini canlandırıb. 2011-ci ildə isə Yevgeniy Knyazev Vasiliy Lonovla birlikdə Bakıda Vaxtanqov adına teatrın “Həvvaya ithaf” tamaşasını təqdim edib.

Bu dəfə Knyazevin Bakıya “Qaratoxmaq qadın” tamaşası ilə gəlməsi təsadüfi deyil.  Bu il rus ədəbiyyatı üçün xüsusi ildir, Aleksandr Puşkinin anadan olmasının 220 illiyi qeyd olunur.

“Qaratoxmaq qadın” monotamaşası Yevgeni Vaxtanqov adına teatrın kiçik səhnəsi üçün yaradılıb. Amma sonradan ona olan böyük maraq nəzərə alınara əsas səhnəyə keçirilib. tamaşa dünyanın bir çox səhnələrində böyük uğurla nümayiş olunub. İndi bu sırada Bakı da var.

 

 

 


Create Account



Log In Your Account