Dec 21 2019 19:25
Views: 232

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan prezidentinin də iştirakı rəsmi Bakının regionda nüfuzunu və iqisadi potensialının əhəmiyyətini nümayiş etdirir. Eskpertlər hesab edirlər ki, Azərbaycanin yürütdüyü siyasət onun həm siyasi, həm də iqtisadi məsələlərdə etibarlı tərəfdaş olduğuna beynəlxalq ictimaiyyətdə əsaslı etimad yaradıb. Ekspertlər hesab edirlər ki, Rusiyada Azərbaycann geostrateji və iqtisadi əhəmiyyətini yaxşı anlayırlar. Əsas məqamlardan biri isə ondan ibarətdir ki, iki ölkənin lideri böyük siyasi təcrübəyə malikdir və praqmatik siyasət yürüdür. Və Azərbaycan-Rusiya münasibətlərinin indiki səviyyəsi 2020-ci ilin də pozitiv istiqamətdə davam edəcəyini göstərir. Hər iki ölkə qarşılıqlı əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır və bunun üçün bütün zəruri şərtlər mövcuddur.


Create Account



Log In Your Account