May 30 2019 16:50
Views: 254

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Yeni Azərbaycan Partiyası Nizami Rayon təşkilatının Gənclər birliyi “Qayğı ilə addım-addım” adlı konfans keçirib. Konfransda Daun sindromlu uşqalrla bağlı problemlər, onların həlli istiqamətində görülən işlər müzakirə olunub. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdindəki “Daun sindromlu Şəxslərin reabilitasiya Mərkəzi”nin fəaliyyət göstədiyi 5 il ərzində gördüyü işlər haqqında məlumat verilib.

Qeyd olunub ki, bu mərkəz Heydər Əiyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa təşəbbüsü ilə yaradılıb və fəaliyyət göstərdiyi dövrdə bir sıra uğurlu işlərə imza atıb.  Konfransda həmçinin Daun sindromlu uşaqların cəmiyyətin həyatında fəal iştirakı ilə bağlı atılması zəruri olan addımlar barədə də fikir mübadiləsi aparılıb.


Create Account



Log In Your Account