Aug 04 2020 18:00
Views: 205

Qazax şəhərində subartezian quyularının qazılması, anbarlarının və şəbəkələrini inşası intensiv qaydada davam etdirilir. Azərsu Açıq səhmdar cəmiyyətindən verilən məlumata görə,şəhərdə 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşüb. Üstəlik ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən su və kanalizasiya infrastrukturu mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb. Layihə Qazax şəhərində 26 min nəfər sakini su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşmasına hesablanıb. Hazırda su mənbəyində, magistral kəmərdə və anbarda tikinti-quraşdırma işləri davam etdirilir. Şəhərdaxili 106 km içməli su şəbəkəsinin artıq 80 km-i inşa edilib. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə də başlanılıb. Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi üzrə son tamamlama işləri aparılır. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaq. Qazax şəhərində yeni içməli su və kanalizasiya şəbəkələrinin tikintisi bu ilin sonunadək başa çatacaq.


Create Account



Log In Your Account