May 22 2019 19:00
Views: 315

"Biz əminik ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri yeni prezident dövründə də dinamik şəkildə inkişaf edəcək". Bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.  Səfirin sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti iyunun 9-da Qazaxıstanda keçiləcək prezident seçkilərini müşahidə edəcək. O bildirib ki, Azərbaycan nümayəndə heyəti seçkiləri həm Milli Məclisin, həm Mərkəzi Seçki Komissiyasının, həm də beynəlxalq təşkilatların müşahidə qrupları çərçivəsində izləyəcək. Ümumilikdə səsverməni Azərbaycandan 40 müşahidəçi izləyəcək.

“İyunun 9-da Qazaxıstanda keçiləcək prezident seçkiləri ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq. Azərbaycanda yaşayan və ya seçki günü Azərbaycanda olan Qazaxıstan vətəndaşları məntəqədə səs verə biləcəklər. Məntəqə Bakı vaxtilə səhər saat 7:00-dan saat 20:00-a kimi fəaliyyət göstərəcək. Səsvermə üçün Qazaxıstan Respublikasının pasportu, yaxud şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. Bir sözlə seçkilərlə bağlı bütün hazırlıq işləri görülüb”. 


Create Account



Log In Your Account