Dec 05 2019 17:25
Views: 145

“Qazaxıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir”. Bunu Qazaxıstanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib. Qeyd edib ki, 2018-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 221 milyon dollar, cari ilin 10 ayı ərzində isə 191 milyon dollar təşkil edib. Əsas əməkdaşlıq sahələri olan nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı kimi sahələrdə böyük inkişaf potensialı var. Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov deyib ki, müstəqillik Qazaxıstanın ən əsas nailiyyətidir. Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İki ölkəni ortaq tarix, din, dil və etnik köklər bağlayır. Əməkdaşlıq əlaqələri beynəlxalq platformalarda uğurla inkişaf edir. Qazaxıstan müstəqilliyini 28 il öncə dekabrın 16-da elan edib və o gündən indiyədək hər il bu gün bayram kimi qeyd olunur. Mərkəzi Asiya regionunda yerləşən bu ölkə Sovet Sosialist Respublikaları içində müstəqilliyini elan edən ən sonuncu dövlət kimi tarixə düşüb.


Create Account



Log In Your Account