Apr 11 2019 17:18
Views: 317

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın tanınmış musiqi qrupu “Mezzo”nun ilk solo konserti keçirilib. Tədbir Qazaxıstan və Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsi barədə razılıqlara uyğun olaraq təşkil olunub. Açılış mərasimində çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev qazax vokal qrupunu təqdim edib. Bildirib ki, tədbir iki ölkə arasında mədəni və musiqi sahəsində əlaqələrin gələcək inkişafına impuls verəcək.

Qrup üzvləri Bakı auditoriyasını salamlayıb.

Zal istedadlı gənc solistləri rəğbətlə qarşılayıb. Onların ifasında dünya hitləri, tanınmış qazax və azərbaycan mahnıları səsləndirilib.

Klassik və müasir musiqinin sintezi zamanın tələbidir, bu tərz musiqisevərlərə çox maraqlıdır. Qazaxıstanın tanınmış vokal qrupu “Mezzo” da məhz bu formatı  özü üçün seçib. İtalyan dilindən tərcümədə qupun adı orta anlamına gəlir ki, bu da tam olaraq onların musiqi stilini əks etdirir. Qrup 2012-ci ildən səhnədədir. Qrup üzvləri bir neçə dəfə dəyişsə də sonda ən yaxşılar seçilib. Qrup Qazaxıstanla yanaşı, xaricdə də uğurlu qastrol səfərlərinə çıxır. Gənc istedadların musiqiləri Nyu York, London, Qahirə, Kiyevdə səsləndirilib. Bu dəfə isə seçim Bakıdır.

Anşlaqla keçən konsert alqış sədaları altında da yekunlaşdı.


Create Account



Log In Your Account