Aug 24 2019 17:42
Views: 267

“Sentyabr-oktyabr aylarında Qazaxıstanın Nursultan şəhərində “Azərbaycan Ticarət Evi” açılacaq. Burada 30-dan çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar, eləcə də xidmətlər nümayiş olunacaq”. Bu barədə Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu – AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev CBC-yə müsahibəsində məlumat verib. Bu, Azərbaycanın xarici ölkələrdə açılan 11-ci “ticarət evi” olacaq.

Xatırladaq ki, ötən ay Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan şərab evi” fəaliyyətə başlayıb. Burada alıcılara Azərbaycan şirkətlərinin istehsalı olan müxtəlif çeşiddə üzüm və meyvə şərabları təqdim edilir. AZPROMO rəhbəri digər ölkələrdə də “şərab evləri”nin açılması istiqamətində danışıqların aparıldığını bildirib. Qeyd edib ki, ilin sonunadək Azərbaycan məhsulları bir sıra beynəlxalq sərgilərdə də nümayiş olunacaq.

Bu ilin sonunadək Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyalarının təşkili də planlaşdırılır. İxrac missiyaları “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasına dəstək mexanizmi çərçivəsində həyata keçirilir. 

Qeyd edək ki, 2018-ci ildə 10 xarici ölkəyə 11 ixrac missiyası təşkil edilib.


Create Account



Log In Your Account