Jan 10 2019 15:53
Views: 1006

Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırması bu ölkədə ciddi narahatlığa səbəb olub. Yerevanda qazın tariflərinin yüksəlməsinin qiymətlərin formalaşmasına və iqtisadiyyata ciddi zərbə vuracağı barədə həyəcan təbili çalırlar. Ekspertlərsə bunun əhalinin sosial durumuna mənfi təsir göstərəcəyini və etiraz aksiyalarına səbəb olacağını proqnozlaşdırırlar.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqluq iqtisadi əlaqələrə də mənfi təsirini göstərib. “2018-ci ilin yazında Ermənistanda çevrilişdən sonra "Qazprom" əlavə saziş haqqında danışıqları yeni hakimiyyətlə aparmalı olub. Qaz tədarükü haqqında müqaviləyə əlavə sazişi imzalanıb. Yeni sazişə görə, Ermənistan üçün qazın qiyməti 2019-cu ilin əvvəlindən 10 faiz artaraq min kubmetri 165 min dollar təşkil edib”.

"Qazprom” dövlət şirkəti Ermənistana sərmayə qoyuluşunu da azaltmağı planlaşdırır. Bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Ötən ilin iyulunda Ermənistanın Dövlət Gəlirlər Komitəsi “Qazprom Armeniya” və “Avtoqaz”ın fəaliyyətin vergi ödənilməsində qanun pozuntuları aşkarlayıb.

Rusiyalı politoloq Sergey Markov bildirir ki, Rusiyanın Ermənistana verdiyi qazın qiymətini artırması bir neçə səbəbə görə tamamilə məntiqlidir: “Əvvəla, Rusiya qazı çox ucuz qiymətə vediyi ölkələrin hamısı üçün qiyməti artırmağı planlaşdırır. Tədricən bazar qiymətlərinə keçir. İkincisi – bu, həm də siqnaldır ki, Rusiya qiymətləri daha da qaldıra bilər. Bu, Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin Rusiyaya qarşı düşmənçilik addımları atacağı təqdirdə baş verə bilər. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən gedir”.

Qazın qiymətinin artmasının əhaliyə təsir göstərməyəcəyi ilə bağlı Paşinyanın verdiyi bəyanatları isə ekspertlər ciddi qəbul etmir. Onlar hesab edirlər ki, Ermənistanda qazın indiki qiymətləri iqtisadi baxımdan məntiqli deyil. Qazın qiymətinin yüksəlməsi isə əhalinin onsuz da yaxşı olmayan vəziyyətinə kifayət qədər mənfi təsir göstərəcək. İndi Paşinyan hökuməti alternativ variantlar axtarır. 2013-cü ildə Rusiyanın Ermənistana 2014-2018-ci illərdə 2,5 milyard kubmetr “mavi yanacaq” nəqlinə dair müqavilə imzalanıb. 2018-ci ilin ilk 9 ayında “Qazprom” bu ölkəyə 1,37 milyard kubmetr təbii qaz tədarük edib.


Create Account



Log In Your Account