Jun 15 2019 17:04
Views: 234

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Artıq şəhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

“Azərsu” ASC-nin icra etdiyi layihə çərçivəsində Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 km magistral su xətti  çəkilib. Ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və  laboratoriya binası inşa edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən, Qəbələ şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi sürətləndirilərək başa çatdırılıb.  Şəhərdə yeni içməli su və kanalizasiya şəbəkələri inşa edilib və 7 mindən çox ünvan yeni şəbəkələrə qoşulub.

Qəbələ şəhərində icra olunan içməli su və kanalizasiya layihəsindən 30 min nəfər faydalanacaq.


Create Account



Log In Your Account