May 17 2018 20:27
Views: 317

Azərbaycan Beynəlxalq Qida Sənayesi  sərgisinin ikinci günündə də Bakı Ekspo mərkəzində canlanma müşahidə olunur. Sərgidə bu il ilk dəfə iştirak edən qurumların stendləri xüsusilə marağa səbəb olub. Onlardan biri Qida Təhlükəsizliyi Agentliyinə məxsusdur.

Sərgi qida sənayesi istiqamətində fəaliyyət göstərən qurum və şirkətlərin bir-birini tanıması, həmçinin şəbəkələşmənin yaranması baxımından imkanlar açır. Bu, həm də gələcəkdə dərin və faydalı əməkdaşlıqlara zəmin yaradacaq. İlk dəfə təmsil olunan qurumlardan biri isə Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsdir. Qurum ziyarətçilərə Azərbaycanın bölgələrində istehsal olunan təbii məhsulları təqdim edir.
Paralel olaraq, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgisi də davam edir. 70 faizini xarici şirkətlərin stendləri təşkil edən ümumi sərgiyə ilk dəfə qoşulan istehsalçı və distribüterlər Azərbaycanda yeni tərəfdaşlar axtarışındadır. “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər isə əksinə, fəaliyyət dairələrini xaricdə genişləndirmək barədə düşünürlər.
Sərgiyə müxtəlif sahələri birləşdirən assosiasiyalar da qatılıb. Son illər bu cür birliklərin yaranması ilə istehsalçılar xarici bazarlara çıxış imkanlarını daha da artırıb.
Artıq 2-cü günündə sərgi yeni əməkdaşlıqların yaranmasına səbəb olub.
Qeyd edək ki, sərgi öz işini mayın 18-də tamamlayacaq.


Create Account



Log In Your Account