May 03 2019 19:08
Views: 432

 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsini nəzərdə tutur. Bunu bunu Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Dövlət Proqramı”nın təqdimatında deyib. bildirib ki, proqram qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına imkan verəcək. Bildirib ki, dövlət proqramının strateji istiqamətləri üzrə yeni qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi ilə bağlıdır. "Qoşqar Təhməzli belə deyib. Qeyd edib ki, bu ölkədə həyata keçirilən islahatların növbəti mərhələsidir. Bildirib ki, proqram 7 il ərzində ölkədə qida təhlükəsizliyinin tam təmin olunmasına yönəlmiş tədbirləri özündə ehtiva edir. O, Dövlət proqramının 12 strateji istiqaməti əks etdirdiyini deyib.

Qoşqar Təhməzli bildirib ki,  Azərbaycanda müasir tələblərə cavab verən və qida təhlükəsizliyi ilə bağlı ən mürəkkəb analizləri aparmaq imkanına 21 laboratoriya qurulub. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu proqramın həyata keçirilməsində dövlət qurumları birgə çalışacağını, mövcud boşluqlar aradan qaldırılacağını diqqətə çatdırıb. Kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, ərzaq təhlükəsizliyində əsas meyar keyfiyyətdir.

İnam Kərimov bildirib ki, proqramdan  irəli gələn məsələr nazirlik tərəfindən yerinə yetiriləcək. Iqtisadi Islahatlarin Təhlili Və Kommunikasiya Mərkəzinin icraçı direktoru vüsal Qasımlı  dövlət proqramlarına baxış fəlsəfəsinin dəyişdiyini bildirib. Qeyd edib ki, dözlət proqramlarında fəaliyyətlərin deyil nəticələrin əsas götürülməsinə üstünlük verilir. Onun sözlərinə görə Mərkəz 20-dək dövlət proqramının monitorinq-qiymətləndirilməsini  həyata keçirir. Vüsal Qasımlı iqtisadi təhlükəsizliyin təmin olunmasında qida təhlükəsizliyinin mühüm yerə malik olduğunu deyib.

Tədbirdə qeyd olunub ki, Dövlət Proqramı layihəsi hazırlandıqdan sonra bir sıra beynəlxalq təşkilatlara göndərilib. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınin rəyləri nəzərə alınıb. Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərinə təqdim olunub və ictimai müzakirəsi təşkil edilib.


Create Account



Log In Your Account