Nov 14 2017 18:35
Views: 764

Həyatımızda əsas yerlərdən birini qidalanma tutur. Mağazalardan, bazardan ərzaq məhsulları alıb istifadə edirik, restoran və kafelərdə yeyirik. Bu məhsulların təhlükəsizliyi və keyfiyyəti insan sağlamlığı üçün mühüm rol oynayır. İndiyədək qida təhlükəsizliyi ilə məşğul olan vahid bir qurum yox idi. Prezident fərmanına əsasən, gələn il yanvarın 1-dən etibarən Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanı olacaq Qida Təhlükəsizliyi Agentliyi bu işləri vahid mərkəzdən idarə edəcək. 
Vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün yaradılan bu qurumun işi beynəlxalq standartlara uyğun səviyyədə qurulacaq. Ekspertlər hesab edirlər ki, agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Agentliyin işi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına gətirib çıxaracaq. 
Prezident fərmanına əsasən, yeni Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq. Bu institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və digər  fəaliyyətləri həyata keçirəcək. Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini vermiş olacaq. Çünki bu qurumun işi ixrac və idxal proseslərində şəffaflaşdırmaya xidmət edəcək. 
Artıq  “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiqlənib. Agentliyin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvar ayının 1-dən etibrən fəaliyyətə başlaması nəzərdə tutulub


Create Account



Log In Your Account