Feb 14 2019 18:38
Views: 384

“Ölkədə beynəlxalq standartlara uyğun qida təhlükəsizliyi sistemini bərqərar etmək üçün çox mükəmməl, kamil bir qanuna ehtiyac var”. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masada deyib. Bildirib ki, qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan, “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar.

Avropa İtiifaqının mütəxəssiləri də hesab edirlər ki, yeni qanun Azərbaycan qida sənayesi ilə məşğul olan sahibkarlar üçün daha geniş imkanlar aça bilər. Qeyd edilib ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi Azərbaycanla Avropa İttifaqı arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına da töhfəsini verəcək.

Dəyirmi masa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası təşkil edib. Tədbirin əsas məqsədi qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq,  səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasına nail olmaqdır.


Create Account



Log In Your Account