Jul 08 2019 18:47
Views: 243

"Biz beynəlxalq standartlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmi həyata keçiririk. Bunu Azərbaycanda Amerika Ticarət Palatasının ilə görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri  Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, nəzarət sistemi həm idxal olunan, həm də ölkədə istehsal olunan məhsullar üzərində olacaq. "Biz beynəlxalq standartlara uyğun olaraq risk əsaslı nəzarət mexanizmi həyata keçiririk. Yüksək riskli məhsullar üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün istər ət və ət məhsulları üzərində, istərsə də süd və süd məhsulları üzərində qida təhlükəsizliyinə nəzarət sistemi daha da gücləndiriləcək". Qoşqar Təhməzli bildirb ki , Agentliyinin fəaliyyət göstərdiyi bir il ərzində Azərbaycanda bir nəfər belə sahibkar öz məhsulunun geri çağırılması barədə bəyanat verməyib". Onun sözlərinə görə, sahibkarlar malların özləri tərəfindən geri çağırılmasının imiclərinə mənfi təsir göstərəcəyi barəsində yanlış fikrə malikdirlər. 


Create Account



Log In Your Account