Jul 19 2018 18:30
Views: 558

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş Günnüt kəndinin qədim xalçalarını aşkar edib. 6 ədəd xovlu və xovsuz xalça, eləcə də xalça məmulatları Naxçıvan Dövlət Xalça Muzeyində təqdim olunub. Təqdimat mərasimində çıxış edən Naxçıvanın mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsin bir parçası olmaqla yanaşı, həm də tariximizi yaşadan eksponatlardır. 
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiyasına zəngin tarixi töhfələr verib. Aşkar olunan xalçalar da bu qədim mədəniyyətin nümunəsidir.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanda xalça sənətinin tarixinin olduqca qədim olduğunu, birinci Kültəpə, Naxçıvantəpə və digər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələrinin də bunu sübut etdiyini deyib. Bu tapıntılar insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olduğunu göstərir.


Create Account



Log In Your Account