Dec 14 2018 18:23
Views: 432

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib. Azərbaycanın sədirliyi ilə keçirilən  tədbirdə 12 üzv dovlətin xarici işlər nazirləri və müavinləri, müşahidəçi qismində olan 14 dövlət  və 4 təşkilat nümayəndələri iştirak edib. Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov  bu cür iclasların  fikir mübadiləsi aparmağa və təşkilat çərçivəsində mövcud əməkdaşlıq səviyyəsini müzakirə etməyə imkan yaratdığını deyib. Ermənistanın işğalçılıq siyasətinin bu ölkəni regionda iqtisadi artım və ticarət potensialından məhrum etdiyini vurğulayıb.  Bildirib ki, Ermənistanda yeni bir hökumət formalaşdıqdan sonra irəliləyiş əldə etmək və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmaq lazımdır.

Azərbaycanın QDİƏT-də sədrliyi müddətində bir sıra problemlərin həll edildiyini deyən Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu bu dövr ərzində görülən işlərin səmərəli nəticələr verdiyini deyib.

Rusiyanın xarici işlər naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatının digər ölkələrlə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirib. Sergey Lavrov müzakirələrdə nəqliyyat və turizim sahələrinə xüsusi diqqət ayrılmasını vacib sayıb. O Rusiyanın   təşkilatda islahatların keçirilməsini müzakirə etməyə hazır olduğunu deyib.

QDİƏT-in baş katibi Maykl Kristides təşkilatın əsas vəzifəsinin  üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına kömək etmək olduğunu bildirib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev  iclasın gündəliyində  görülən  işlərin  effektivliyinin artırılması, ticarət, enerji, turizm, tranzit, kənd təsərrüfatı sahəsində əməkdaşlığın təşviq edilməsi   və bir sıra digər məsələlərin müzakirə olunduğunu deyib.

Azərbaycanın  təşkilata sədrliyi iyul ayının 1-dən dekabırın 31-nə kimi davam edəçək. Yanvarın 1-dən isə təşkilata sədrlik Bolqarıstana keçəçək.

Azərbaycanın sədrliyi dövründə əsas prioritetlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutub.

 


Create Account



Log In Your Account