Jul 30 2019 18:38
Views: 183

“Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 9,98 milyard dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 15% artım deməkdir”. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayının təqdimatında bildirilib. İcmalda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib  ki, bu müddətdə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 18,6 milyon dollar dəyərində xidmət ixrac edib.

Cari ilin ilk 6 ayı ərzində qeyri-neft sektoru üzrə 979 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artım deməkdir. Bu müddətdə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz, İtaliyaya isə 2,3 dəfə artıb. İcmalda turizmdən əldə edilən gəlirlər də açıqlanıb. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1 410,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci, pambıq mahlıcı ikinci və qızıl üçüncü olub.  İcmalın yeni sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib. Reytinqdə ilk onluqda “SOCAR Polymer” MMC,  “Baku Steel Company” və digər şirkətlər yer alıb.


Create Account



Log In Your Account