Jun 28 2019 19:10
Views: 281

2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan ixracı 8,6 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz  artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında məlumat verilib. Bu müddətdə qeyri-neft sektoru üzrə 787 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 18 faiz  artıb. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. 
Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261 milyon, Türkiyəyə 181 milyon, Gürcüstana 77 milyon, İsveçrəyə 53 milyon və İtaliyaya 28 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. İlk beş ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz,  Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor 104  milyon ABŞ dollarlıq göstəriciylə liderlik edib. 

 


Create Account



Log In Your Account