Aug 07 2019 18:50
Views: 209

Dövlət Neft Şirkətinin ölkənin qeyri-neft məhsulları ixracında da payı artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, SOCAR-ın yeni fəaliyyətə başlayan SOCAR Karbamid və SOCAR Polymer müəssisələri artıq məhsul ixracında əhəmiyyətli rol oynayır. Mərkəzin departament rəhbəri Ramil Hüseyn CBC-yə müsahibəsində bildirib ki, bu zavodların yeni istehsala başladığı nəzərə alınarsa, gələcəklə bağlı proqnozlar daha nikbindir. Bundan başqa Azərbaycanın ixrac etdiyi məhsullarının çeşidi də genişlənib.

Ramil Hüseynin sözlərinə görə, ilin ikinci yarısında SOCAR Karbamid və SOCAR Polymer müəssisələrinin ixracda payının daha da artması gözlənilir. Çünki zavodlar istehsala ilin əvvəlindən başladığından xarici bazarlara çıxış müəyyən qədər vaxt alır. İndi isə artıq xarici tərəfdaşlarla bütün lazımı əlaqələr qurulub. Bu məhsulların bir özəlliyi də ona tələbatla bağlıdır.

Qeyri-neft məhsullarının ixracının artımı iqtisadiyyatın əsas sahələrinin inkişafı üzrə strateji yol xəritələrinin hədəflərindən biridir. buna əsasən 2025-ci ilə qədər ölkədə adambaşına 450 dollarlıq qeyri-neft məhsulu ixracı hədəflənir. Bu isə ildə ən azı 4.5 milyardlıq məhsul ixracı deməkdir.


Create Account



Log In Your Account