Aug 12 2020 14:24
Views: 200

Bir neçə gündür bəzi mağazaların fəaliyyətinə icazə verilsə də, hələlik bu mağazalara insan axınının olduğunu demək olmaz. Bu da təbii ki, bütün yay boyu sərt karantin səbəbindən gəlirlərini itirən sahibkarlar üçün ürəkaçan deyil. Lakin məhz insanların mağazalarda çox olmaması yoluxma riskini  azaldan səbəblərdəndir. Bu faktora təsir edən məqamlardan biri də sahibkarların məsuliyyətli davranmasıdır.

Alıcılar da bu dükanların yenidən açılmasına sevinir. Amma qaydalara riayət olunan yerlərdə alış-veriş etmək istəyir ki, yoluxma riski minimum səviyyədə olsun.

Qeyd edək ki, avqustun 10-dan iri ticarət mərkəzləri istisna olmaqla qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyətinə icazə verilib. Lakin koronavirus təhlükəsi hələ sovuşmadığından, bu məkanlarda qaydalara riayət etmək, maska taxmaq, məsafə gözləmək tələb olunur.


Create Account



Log In Your Account