Mar 02 2018 16:05
Views: 860

Azərbaycan Milli Paralimpiya Komitəsinin əsas hədəfi 2022-ci ildə keçiriləcək qış paralimpiya oyunlarında iştirak etməkdir. Artıq ölkədə Qış Paralimpiya idman növlərinin yaradılması istiqamətində müzakirələr aparılıb. Komitənin baş katibi Kamal Məmmədov CBC-yə açıqlamasında bu barədə məlumat verdi. Bildirdi ki, bu məsələ ilə bağlı "Şahdağ" Turizm Mərkəzinin rəhbərliyinə müraciət olunub. Mərkəzdə paralimpiyaçıların məşqlərinin təşkil olunması üçün imkan var.
Müzakirələrdə Azərbaycanda Qış Paralimpiya idman növlərinin yaradılması məqsədilə martda beynəlxalq ekspertlərin ölkəmizə səfəri barədə qərar qəbul edilib.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsi 1996-cı ildə təsis olunub. 22 il öncə 1 idman növü ilə yola çıxan qurum indi 13 idman növünü əharə edir. Komitənin ətrafında 1000-ə yaxın idmançı toplanıb. Yay paralimpiya idman növləri üzrə idmançılarımız dünya arenasında göstərdiyi yüksək nəticələrlə artıq öz sözlərini deyiblər. Azərbaycanın 7 paralimpiya çempionu var. Onlardan 2-si ikiqat paralimpiya çempionudur.


Create Account



Log In Your Account