Sep 01 2018 18:50
Views: 729

Bütün dünyada insan sivilizasiyasının mirası kimi   etnoidmanın və etnomədəniyyət hərəkatının inkişafı - Dünya Köçəri Oyunlarının missiyası budur.  Artıq 3-cü dəfə keçiriləcək yarışlar etnoslar və xalqlar arasında tolerant münasibətlərin təbliğinə töhfə verəcək.  3-cü Dünya Köçəri Oyunlarının açılış mərasimi sentyabrın 2-də baş tutacaq. Oyunlar Qırğızıstanda İssık-Kul gölünün sahilində Çolpon-Ata şəhərində keçiriləcək.
“Güc birlikdə, ruh birlikdədir” 3-cü Dünya Köçəri Oyunlarının şüarıdır. Oyunların rəsmi talismanı isə qar bəbiridir. Bununla təşkilatçılar bu unikal heyvanın yaşadığı arealın saxlanılması və müdafiəsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyir. Yarışlarda iştirak etmək üçün dünyanın 80 ölkəsində 2 mindən çox idmançı gəlib. Azərbaycan nümayəndə heyətinin tərkibində 39 idmançı var.
İlk Dünya Köçəri Oyunları 2014-cü ilin sentyabrında, 2-cisi 2016-cı ildə keçirilib. Əgər əvvəlki illərdə idmançıların sayı 1200 idisə, bu gün onların sayı 2 dəfə artıb.
Unudulmaz mənzərə, bayram atmosferi - təşkilatçılar hesab edir ki, heç kim oyunlara laqeyd qalmayacaq. Açılış mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçılarının rəhbərlik etdiyi nümayəndə heyətləri də iştirak edəcək. İştirakçıları tədbirə dəvət olunan dünya ulduzları da sevindirəcək.


Create Account



Log In Your Account