Oct 04 2017 16:00
Views: 658

Oktyabrın 1-dən start götürən gənclərin qısametrajlı film festivalı başa çatıb.  “Öz hekayəni danış” mövzusunda keçirilən festival çərçivəsində paytaxtın müxtəlif kinoteatrlarında 10 yerli və xarici qısametrajlı film nümayiş etdirilib.
Tədbir çərivəsində kinomatoqrafiya ilə maraqlanan, bu sahədə ilk addımlarını atan qadınlarla görüş keçirilib. Onların bir çoxu həm gənclər festivalında, həm də DokuBaku sənədli filmlər festivalında təmsil olunur.
DokuBaku festivalı “Reallığı sınayaraq” devizi altında təşkil olunacaq. Tədbir iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir
Festival zamanı rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq. Festivala Hannes Lang, Erik Gandini kimi tanınmış rejissorlar qatılacaq. Filmləri tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti qiymətləndirəcək.


Create Account



Log In Your Account